Dərc edilib: 15-10-2021

https://www.nuh.az/30211-.html

Saakaşvili tərəfdarlarına məktub yazıb

15.10.2021 08:01:30

Maqazin

Xəbər verdiyimiz kimi, Tbilisidə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin tərəfdarları aksiya keçirib.

“Qafqazinfo”nun gürcü mediasına istinadən məlumatına görə, Saakaşvili həbsdən xalqa müraciət məktubu yollayıb. Məktubda deyilir:

“Biz hamımız birləşməliyik – ölkədə olduğu kimi, onun sərhədlərindən kənarda, həbsdə və azadlıqda olanlarla birgə. İndi nə partiya, nə də başqa bir prinsiplə bölünmə zamanıdır. Gürcüstanı xilas etməyin vaxtıdır və bu gün bu birlik üçün çox vacibdir”.

Həmçinin oxuyun: Tbilisidə Saakaşvilinin tərəfdarları aksiya keçirib - Video+Yenilənib

NUH informasiya agentliyi səhifəsindən çap edilib