Dərc edilib: 18-10-2021

https://www.nuh.az/30232-.html

Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi (FOTOLAR)

18.10.2021 21:01:26

İdman

Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.

Daxili İşlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Polis şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə, Göyçay Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad edilib. O, Qazax Rayon Polis şöbəsinin rəisi təyin edilib.
Hələlik Göyçay Rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur. (unikal.org)
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib