Dərc edilib: 18-10-2021

https://www.nuh.az/30233-.html

Tərtər sakini güllələnərək öldürüldü - Yenilənib+Foto+Video

18.10.2021 21:21:08

LIVE

Tərtər rayon sakini Balacayev Murad Yaqub oğlu güllələnib. 


“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində baş verib. Hadisənin kim tərəfindən və hansı səbəblə törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

M.Balacayev 1995-ci il təvəllüdlü həmkəndlisi Ziyadxan adlı şəxs tərəfindən kənd ərazisində sahədə ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Hazırda qətli törətməkdə şübhəli bilinən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Tural Hüseynli

***

Tərtər Rayon Prokurorluğu Tərtərdə güllələnmə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün saat 17 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kənd sakini 1986-cı il təvəllüdlü Murad Balacayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Ziyadxan Aslanovun aralarında yaranmış mübahisə zamanı Murad Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ziyadxan Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib