Dərc edilib: 19-10-2021

https://www.nuh.az/30240-.html

Bu "EŞŞƏK"-i masaj elə və yarışda QALİB ol

19.10.2021 08:26:20

Günün sitatı

Türkiyənin “Best Model” yarışmasında “Best Smile” gözəli seçilən Elmas Yıldız “2-ci sayfa” verilişində iddiaları ilə gündəm olub.


“Qafqazinfo”nun məlumatına görə, o, müsabiqədə qalibin qabaqcadan müəyyən edildiyini bildirib: 

“Yer tutanlar əvvəlcədən bəlli idi. Onlara ayrı otel otağı tutuldu. Yer tutacaq iştirakçılar Erkan Özermana masaj etməyə çağırıldılar”. 

Yıldızın sözlərinə görə, məsul şəxs kişi iştirakçılara da zəng edərək “Erkan Özermana masaj etmək istəyərsən?” deyə mesajlar göndərib. Alınan rədd cavablarına isə “Yarışda görərsən sən” deyə qarşılıq verilib. 
“Best model” iştirakçılarından olan Barış Arslan da verilişə zəng edərək Elmas Yıldızın dediklərini təsdiqləyib:

“Həmin əxlaqsız təklifləri qəbul etməyəcəmsə, yer tuta bilməyəcəyim söhbəti tamamilə doğrudur. Qulaqlarımla eşitdim. Telefonda mesaj göndərilərək mənə bunlar deyildi. Əxlaqsız təklifi qəbul etmədiyim üçün yer tutmadım. Bəziləri 2-3 mükafatı birdən aldı. Mən səhnədə şok oldum”.

Qeyd edək ki, 83 yaşlı Erkan Özerman yarışmanın təşkilatçısıdır. Müsabiqənin builki qalibləri Oğulşat Gagşalova və Bartu Dilmendir. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib