Dərc edilib: 21-10-2021

https://www.nuh.az/30254-.html

"YAP-ın qarşısında yeni vəzifələr dayanıb" - DEPUTAT ŞƏRH ETDİ

21.10.2021 12:17:58

Hadisə

“Əvvəla onu qeyd edim ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük partiyasıdır. 1992-ci ildə Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası onun öz sözləri ilə desək, “Dünənin, bu günün və gələcəyin partiyasıdır”. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

 

 

Onun sözlərinə görə, bu partiyada istənilən təbəqənin nümayəndələri cəmlənib və xüsusilə də gəncləşən partiyadır: “Təsadüfi deyil ki, partiyanın sıralarında gənclərin ümumi çəkisi 40 faizdən artıqdır. Bu gün Azərbaycan dinamik sürətlə inkişaf edir. Azərbaycanda bütün sferalarda cənab Prezidentin təşəbbüsü və rəhbərliyi altında köklü islahatlar kursu həyata keçirilir. Bu islahatlar eyni zamanda, Yeni Azərbaycan Partiyasından yan ötməyib”

“Bu partiya islahatlar kursunun mərkəzində dayanan siyasi qüvvədir. Partiyanın 7-ci qurultayında ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında bir daha vurğulandı ki, hərtərəfli islahatlar kursu eyni zamanda, Yeni Azərbaycan Partiyasını da əhatə edir və partiyada çox ciddi yeniləşmə prosesi getməkdədir. Yenilənmə prosesi ilk növbədə partiyanın sturukturunda özünü göstərməkdədir. Bildiyimiz kimi, partiyanın yeni qurultayında sturuktur dəyişikliyi baş verdi. Partiyanın siyasi şurası ləğv edildi. Yenilənmə nəticəsində partiyaya yeni nəfəs gəlib”.

Deputat sözlərinə belə davam edib: “Artıq partiyanın daxilində də çox ciddi kadr islahatları həyata keçirilir. Yeni şöbələr yaradılıb. Bu şöbələrə isə yeni perspektivli gənclər cəlb edilib. O gənclər ki, onların kifayət qədər reputasiyası var. Onlar savadlı, bilikli və vətənpərvərdirlər. Həmçinin, müasir dünyagörüşə malikdirlər”.

“Artıq partiyanın qarşısında yeni vəzifələr dayanıb. Tarixi qələbəmizdən sonra isə yeni reallıqlar formalaşıb. Yeni reallıqlarda ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması ilə bağlı məsələlərdir. Bu baxımdan, partiyanın üzərinə böyük məsuliyyət düşür. Partiyanın təmsilçiləri bu prosesdə daha öndədirlər”.

“Yeni insanların cəlb edilməsi ilə partiyanın dinamizmi artıb. Yeri gəlmişkən, partiyanın yeni proqramı da qəbul olunub ki, bu da nəticə etibarı ilə partiyanın qarşısında duran məsələlərin həll edilməsində mühüm rol oynayır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib