Dərc edilib: 23-10-2021

https://www.nuh.az/30264-.html

Artur Rasizadə səhhətindən danışdı: “Kefim lap əladır“

23.10.2021 16:50:31

İdman

Sabiq baş nazir Artur Rasizadə səhhətinin ağır olmasıyla bağlı yayılan xəbərləri təkzib edib

NUH.az   xəbər verir ki, keçmiş hökumət başçısı Modern.az saytı ilə əlaqə saxlayaraq, sağlıq durumuyla bağlı narahatlığa əsas olmadığını deyib:
"Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam!”.
Artur Rasizadə deyib ki, doğrudan da bu günlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Amma artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələrilə bir həftəliyə gedibmiş.
86 yaşlı Artur Rasizadə 22 il (1996-2018) Azərbaycanın Baş naziri postunda çalışıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib