Dərc edilib: 23-10-2021

https://www.nuh.az/30265-.html

Polkovnik Azərbaycan valisinə səhnədə şillə vurdu ŞOK VİDEO

23.10.2021 17:01:57

Reportaj

 

Şərqi Azərbaycan əyalətinin yeni valisi andiçmə mərasimində şillə vurulub.

Qaynarinfo xəbər verir ki, bu gün İran Daxili İşlər naziri Əhməd Vahidinin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı Şərqi Azərbaycan əyalətinin yeni valisi, general Abedin Xürrəmə hücum edilib. 

Xürrəmin yeni vali kimi təqdimatından sonra tribunaya qalxaraq nitqinə başlayıb. Lakin elə bu zaman naməlum şəxs səhnəyə çıxaraq siyasətçiyə şillə vurub. Daha sonra təhlükəsizlik işçiləri həmin şəxsi zaldan çıxarıb. 
İnsidentdən sonra tribunaya qayıdan Xürrəm "Mən bu adamı tanımıram” deyib. Vali onu vuran adamı bağışladığını da sözlərinə əlavə edib.
Həmin şəxsin SEPAH-ın "Aşura” korpusunun polkovniki olduğu deyilir.
Qeyd edək ki, Xürrəm son dörd il ərzində Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri vəzifəsində çalışıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib