Dərc edilib: 24-10-2021

https://www.nuh.az/30271-.html

Özbəkistan prezidenti 88,99 faizlə yenidən seçildi

24.10.2021 17:37:25

LIVE

Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir. 


“Qafqazinfo” xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyaların liderləri və nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər.

Qeyd edək ki, Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.

Ölkədə prezident 5 il müddətinə seçilir.

***

Özbəkistanda keçirilən növbəti prezident seçkiləri baş tutmuş hesab olunub. Səsvermə hüququ olan 19,86 milyon seçicinin 33,6 faizi artıq səs verib.

Bununla bağlı məlumatı Özbəkistan Mərkəzi Seçki Komissiyası yayıb. Özbəkistan qanunlarına görə, seçicilərin 33 faizi səs verdikdə seçkilər baş tutmuş hesab edilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib