Dərc edilib: 26-10-2021

https://www.nuh.az/30287-.html

“Saakaşvili aclıqdan ölərsə, bu, dövlət üçün fəlakət olacaq”

26.10.2021 17:41:27

LIVE

“Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin aclıq aksiyası ölümcül nəticələrə gətirib çıxararsa, bu, tarixi kontekstdə dövlət üçün fəlakət olacaq”.


“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili “Pirveli” telekanalının efirində deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür gedişatı nə hakim “Gürcü arzusu” partiyasının, nə də Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının problemi deyil.

“Bu, hökumətin özü üçün problemdir. Düşünürəm ki, bu, ölkəmiz üçün sadəcə fəlakət olar. Artıq 25 gün aclıq etmək zarafat deyil”, - deyə Marqvelaşvili vurğulayıb. 

Sabiq Prezident, həmçinin qeyd edib ki, problemi yalnızca dövlətin maraqlarından çıxış edərək həll etmək lazımdır.

Həmçinin oxuyun: Saakaşvilinin həyat göstəriciləri kritik səviyyəyə enib

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib