Dərc edilib: 28-10-2021

https://www.nuh.az/30310-.html

İcra başçısı 11 il HƏBS EDİLDİ

28.10.2021 20:38:35

LIVE

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edərək İ.Vəliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin ötən ilin fevralında keçirdiyi əməliyyatla saxlanılıb. Onunla yanaşı, birinci müavini Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib