Dərc edilib: 28-10-2021

https://www.nuh.az/30313-.html

6 azərbaycanlı DÖYÜŞDƏ ÖLDÜRÜLDÜ

28.10.2021 23:29:14

LIVE

Suriyanın Latakiya bölgəsində yerləşən Cəbel ət-Türkmən şəhərində 6 azərbaycanlı döyüşçü öldürülüb.
NUH.az    modern.az-a istinadən xəbər verir ki, "Cundulla” qruplaşmasının tərkibində döyüşən azərbaycanlılar "Əl Qaidə”yə bağlı "Hayat Təhrir əş-Şam” qruplaşması ilə döyüşlərdə həyatlarını itiriblər.
"Cundulla”nın azərbaycanlı komandiri Əbu Hənifə əl-Azəri də öldürülənlər arasındadır.
"Hayat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani ilə əldə olunmuş razılaşmaya görə, "Cundulla” qruplaşmasının sağ qalan üzvləri Cəbel ət-Türkmən şəhərini tərk edəcək və İdlib vilayətinə qayıdacaq.
Öldürülən azərbaycanlıların adları hələlik açıqlanmır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib