Dərc edilib: 29-10-2021

https://www.nuh.az/30318-.html

Havanı təmizləyən avtomobil təqdim edildi

29.10.2021 08:11:10

LIVE

Mercedes-Benz” şirkəti hərəkətdə olarkən ətrafdakı havanı təmizləyən Sustaineer” avtomobil furqonunu təqdim edib.

Moderator.az bu barədə şirkətin saytına istinadla xəbər verir.

 

Nümayiş olunan avtomobil elektrik mühərriki ilə təchiz olunub ki, bu da onun atmosferə karbon qazı və digər yanacaq tullantılarını buraxmasının qarşısını alır. Eyni zamanda Sustaineer” avtomobil furqonu hərəkətdə olarkən ətrafdakı havanı təmizləyə bilərAvtokonsernin  hesabatında bildirilir kifurqon radiator ətrafında və avtomobilin alt hissəsində yerləşən incə filtrlərlə təchiz olunub.

 

 

Həmçinin avtomobilin damında günəş panelləri quraşdırılıbSustaineer” daha davamlı, gec köhnələn və toz tullantılarını azaldan keramik örtüklü çuqun disk əyləclərə malikdirMikroavtobusun salonu təkrar emal edilmiş materiallardan hazırlanıb. İçəridə təbii günəş işığına uyğun gələn bioloji aktiv işıqlandırma varAvtomobil həmçinin yolun səthini və maneələrin olub-olmamasını təhlil edənsürücünü təhlükə barədə xəbərdar edən yol-nəzarət sistemləri ilə təchiz olunub.

 

Sustaineerin qiyməti və satışa çıxarılacağı tarix açıqlanmayıbEyni zamanda şirkət bu seriyadan olan avtomobili böyük partiyada  istehsal edəcəyini proqnozlaşdırır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib