Dərc edilib: 29-10-2021

http://www.nuh.az/30321-.html

Yeni insan növü kəşf edildi

29.10.2021 11:05:22

Hadisə

Vinnipeq Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq paleontoloqlar qrupu yeni insan növünü kəşf ediblər.


NUH.az    xəbər verir ki, “homo bodoensis” adlanan yeni növ Afrika və Cənub-Şərqi Avropanın indiki sakinləri ilə əlaqələndirilə bilər.

Qeyd edilir ki, “homo bodoensis” Afrikada təxminən 500 min il əvvəl yaşayıb və müasir insanların birbaşa əcdadı olub.

Mütəxəssislər Afrika və Avrasiyadan bu dövrə aid olan məlum insan qalıqlarını yenidən təhlil ediblər.

Yeni qiymətləndirməyə görə, bu növ neandertalların qalıqları kimi yenidən təsnif edilə bilər.Report

NUH informasiya agentliyi səhifəsindən çap edilib