Dərc edilib: 30-10-2021

https://www.nuh.az/30330-.html

Bakıda yük maşını 4 avtomobilə və avtobusa çırpıldı - FOTOLAR

30.10.2021 00:35:58

LIVE

Bakıda “20 Yanvar” dairəsindən Z.Bünyadov prospekti istiqamətində tuneldə yol-nəqliyyat hadisəsi baş verib.
 
Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev paylaşıb.
 
O bildirib ki, 09 BO 440 DQN-lı yük avtomobili eyni istiqamətdə hərəkət edən dörd minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 DQN-lı avtobusla toqquşub.
 
İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib. Sərnişin avtobusu depoya qayıtdığından sərnişin olmayıb.
 
 


NUH informasiya agentliyi səhifəsindən çap edilib