Dərc edilib: 30-10-2021

https://www.nuh.az/30334-.html

“Covid”dən əsasən RUSDİLLİ PENSİYAÇILAR öləcək

30.10.2021 09:07:30

LIVE

“ “COVİD-19”-dan əsasən peyvənd olunmamış, təqaüd yaşında olan rusdilli insanlar öləcək. Bu, arsız bir fikir kimi səslənir, lakin sosial büdcəyə müsbət təsir göstərəcək, çünki hər ölən onu  yüngülləşdirir”
 
Moderator.az xəbər verir ki, Eadaily.com portalının yaydığı məlumata görə, bu gözlənilməz fikirləri  latviyalı həkim  Andris Baumanis səsləndirib. 
 
Həkim qeyd edib ki, 60 yaşdan yuxarı peyvənd olunmamış xəstələrin əksəriyyəti rusdilli insanlardır, onlar  məhz Rusiyanın “Sputnik” peyvəndini gözləyənlər və tamam başqa informasiya məkanında yaşayanlardır.
 
Baumanisin sözlərinə görə, Latviya ölkəsinin rusdilli əhalisini peyvənd etmək mümkün olmayacaq. 
 
“Biz iki şeyi başa düşməliyik. Birincisi, biz uzun illərdir ki, rus dilində danışanların əksəriyyətini Latviya cəmiyyətinə inteqrasiya edə bilmirik. Buna hazır olmayan insanları inteqrasiya etmək çətindir, çünki onlar özlərini böyük millət hesab edirlər” - deyə həkim vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib