Dərc edilib: 30-10-2021

https://www.nuh.az/30339-.html

Zərdüşt Əlizadədən : “Azərbaycan ordusu İrəvana çatanda...”

30.10.2021 12:06:32

Cəmiyyət

“Emrənistandakı siyasi müxalifətin gələcəyi sıfıra enir və onun gələcəyi görünmür”.
 
Bunu Yenisabah.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu, politoloq Zərdüşt Əlizadə bildirib.
 
O, Ermənistanın müxalifət liderləri Robert Koçaryan və Serj Sarkisyanın kütləvi etiraz aksiyalarına başlaması ehtimalını dəyərləndirib: 
 
“Son parlament seçkilərində Paşinyanın partiyası seçicilərin 75%-inin səsini qazanıb. “Qanunla Nikol Paşinyan və onun “Vətəndaş Müqaviləsi” partiyasının Ermənistanı idarə və onun taleyi ilə bağlı mühim qərarları qəbul etməyə hüququ çatır. Erməni müxalifəti anlayır ki, indiyə qədər Ermənistanın yürütdüyü və bu ölkəyə saysız-hesabsız fəlakətlər gətirən yanlış siyasəti təkzib oluna və ondan bütövlükdə imtina edilə bilər. Bu zaman onların siyasi gələcəyi sıfıra enir və gələcəyi görünmür”.
 
Z.Əlizadə qeyd edib ki, Ermənistan müxalifəti çalışır ki, suyu bulandırsın, çünki qanuni yolla hakimiyyətə gələ, qərarların qəbuluna təsir imkanı yoxdur. Ona görə də, yerdə qalır mitinq, üsyan və ya hərbi çevriliş etmək.
 
Bildiyiniz kimi, erməni ordusuna əslində, Rusiya nəzarət edir. Erməni generalları Rusiyanın göstərişi ilə hərəkət edir, siyasi rəhbərliyin əmrlərinə isə məhəl qoymurlar. Eyni zamanda, Paşinyanın hakimiyyətdə qalmasını Qərb də istəyir.
 
Ermənistan həm də ağır iqtisadi vəziyyətdədir və onun gələcəkdə həm Rusiyadan, həm də Qərbdən asılılığı maliyyə cəhətdən artacaq. Belə bir şəraitdə görünür, Qərb də, konkret olaraq ABŞ və Rusiya səfirlikləri müxalifətə “farağat oturun” desə, onlar çevrilişə getməyəcəklər. Əks halda, çevriliş də edə, qan da tökə bilərlər”.
 
Mən orada vətəndaş müharibəsinin olacağını gözləmirəm, amma hər halda Ermənistanın müasir tarixi çoxlu qətllər, sui-qəsdlər, zorakılıq aktlarıyla doludur və belə aktların yenidən olacağı istisna edilmir.
 
Nikol Paşinyan da uşaq deyil, təcrübəli siyasətçidir, 3 ildən çoxdur ki, hakimiyyətdədir. Öz xalqının və müxalifətinin kimliyini, necəliyini çox gözəl anlayır. Görünür, o da tədbirlər görəcək ki, hakimiyyətini qoruya bilsin”, – deyə siyasətçi əlavə edib.
 
Analitik Paşinyanın devrilməsi nəticəsində baş verə biləcək hadisələri qiymətləndirib:
 
“Tutaq ki, müxalifət Moskvayla hesablaşmadan çevriliş edib, Paşinyanı devirərək hakimiyyətə gəlir. Hakimiyyətə gəlir və deyir ki, mən kapitulyasiyanı tanımıram, qədim erməni məfkurəsinə sadiqəm və biz Qarabağı da, Cavaxetiyanı da, Şərqi Türkiyəni də alacağıq, biz böyük, dənizdən-dənizə Ermənistanı yaradacağıq və s. Belə olan halda Putin hər şeyə göz yumacaq və Azərbaycan ordusu Tovuzdan Tavuşa (Ermənistan – red.) keçəcək. Nəticədə, erməni ordusu müqavimət göstərə bilməyəcək və Azərbaycan ordusu İrəvana çatanda ya xalq özü ayağa qalxıb qiyamçıları devirəcək, ya da Ermənistan daha ağır şərtlərlə müqavilələri imzalayacaq”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib