Dərc edilib: 30-10-2021

https://www.nuh.az/30347-.html

İranda gənc qadını EDAM etdilər

30.10.2021 21:15:47

LIVE

Edam hökmü oktyabrın 27-də həyata keçirilib.

"Azad İran" Teleqram kanalı xəbər verir ki, 31 yaşlı Susən Rzayi ərini öldürməkdə ittiham olunaraq 6 il idi Qəzvin zindanında saxlanılırdı.

Xanım Rzayinin yaxınlarının sözlərinə görə, o dayısı oğlu ilə məcburi evləndirilib.

"Məni özüm istəmədən pullu olduğu üçün dayım oğlu ilə ailə həyatı qurmağa məcbur etdilər. O, hər gün içir və məni döyür və işgəncə edirdi”-deyə, Rzayi öncə məhkəmədə bildirmişdi.

Susən Rzayinin edamı ilə bağlı məlumat bu saata qədər İran Məhkəmə Sistemi və rəsmi mətbuatı tərəfindən elan edilməyib.

Bir çox hallarda İranda icra edilən edam hökmləri barəsində rəsmi məlumat verilmir.

Beynəlxalq Əfv Təşkilatı və başqa insan haqları müdafiə qurumları bu edamları gizli edam adlandırırlar.

İran İslam Cumhuriyyəti, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib