Dərc edilib: 30-10-2021

https://www.nuh.az/30350-.html

Lənkəran şəhərində avtoqəza - 2 avtomobil toqquşdu

30.10.2021 23:00:50

LIVE

Lənkəranda  avtomobil qəzası  baş verib. 


Detektivinfo.com  saytının bölgə müxbiri  Ramiq  Zülfüqarinin  verdiyi məlumata görə, şəhərin  Zərifə Əliyeva küçəsində “BMW X6” markalı avtomobil “Vaz 2107” markalı avtomobil ilə toqquşub.

İlkin ehtimala görə, hərəkət zolağını dəyişmək istəyən “BMW X6” markalı avtomobil digər avtomobilə dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. Xəsarət alan yoxdur.
Hadisənin baş vermə səbəblərii ilə bağlı araşdırmalar aparılır.  NUH.az  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib