Dərc edilib: 31-10-2021

http://www.nuh.az/30354-.html

İranlı jurnalistlərə silahlı hücum oldu

31.10.2021 12:01:02

LIVE

İranın dövlət televiziyasının Əfqanıstana ezam olunan çəkiliş qrupuna silahlı hücum olub.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində çəkiliş apararkən jurnalistlərə yaxınlaşan naməlum şəxs onlara qəflətən atəş açıb.

Nəticədə televiziyanın operatoru yeddi güllə yarası alıb. Yaralanan operator təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti sabit-ağır olaraq qalır.

İranın Xarici İşlər Nazirliyi “Taliban” hərəkatına müraciət edərək cinayətkarların tutulub cəzalandırılmasını tələb edib.

Əfqanıstanın “Taliban” hökuməti cinayətkarların cəzasız qalmayacağını bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib