Dərc edilib: 01-11-2021

https://www.nuh.az/30358-.html

İranda qalan türk qızı üsyan etdi: “Türkiyə vətəndaşı olmaq istəyirəm

01.11.2021 08:55:31

Dünya
Atası türk, anası iranlı olan Aysu adlı gənc qız vətəndaşlığı olmadığı üçün İrandan çıxa bilmir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün əlacsız vəziyyətdə qalan Aysu Türkiyədən kömək gözləyir.
 

Musavat.com onun başına gələn hadisəni təqdim edir:
 
1980-ci illərdə Bircan Hazır (Aysunun atası) ticarət etmək üçün valideynləri ilə İrana gedib. Bir müddət sonra onun atası və anası Türkiyəyə qayıdıb. Bircan Hazır isə İranda qalıb, burada ailə qurub. O, əsgərlik yaşından əvvəl İrana getdiyi üçün Türkiyədə hərbi xidmət keçməyib. 2002-ci ildə hərbi xidmətdə olmadığı üçün Türkiyə vətəndaşlığından çıxarılıb. Evləndiyi iranlı həyat yoldaşından iki qız övladı dünyaya gəlib. İlk övladı Aysu İran vətəndaşı olan anasının qeydiyyatında olub. Atası Türkiyə vətəndaşlığından məhrum edildiyi üçün ona şəxsiyyət vəsiqəsi verilməyib.
 
AW454271_02
 
Beləcə 26 yaşlı Aysu hələ də sənədsiz gəzir. Pasport ala bilmədiyi üçün İrandan çıxa bilmir. Onun atası Bircan Hazır ötən aylarda dünyasını dəyişib. Aysu Türkiyədəki qohumları vasitəsilə vətəndaşlıq üçün müraciət edib. Lakin o, heç bir nəticə əldə edə bilməyib.
 
AW454271_01
 
Atasının Kayserili türk olduğunu dilə gətirən Aysu ona Türkiyə vətəndaşlığı verilməsi üçün dövlət adamlarından kömək gözləyir. Kimliyi və vətəndaşlığı olmayan gənc Aysu İrandan telefonla əlaqə saxladığı əmisi oğlu Zeynettin Karataşdan kömək istəyib. Türkiyədə bir neçə quruma müraciət edən əmisi oğlu heç bir nəticə əldə edə bilməyib.
 
Sosial şəbəkədə canlı yayın açan Aysu Türkiyədə hüquqi mübarizəyə başlamaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün məhkəməyə belə müraciət edə bilmədiyini söyləyib.
 

Vatansız Türk kızının hikayesi filmleri aratmıyor! Ortada kaldı

AW454271_04

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib