Dərc edilib: 02-11-2021

http://www.nuh.az/30375-.html

Amnistiya layihəsi Milli Məclisə daxil oldu

02.11.2021 18:27:16

LIVE

Milli Məclisə Amnistiya aktı haqqında qərar layihəsi daxil olub.


“Qafqazinfo” xəbər verir ki,Amnistiya aktı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə edildikdən sonra noyabrın 5-də keçirilməsi nəzərdə tutulan plenar iclasın gündəliyinə tövsiyə ediləcək.

Qeyd edək ki, Amnistiya verilməsi Zəfər Günü bayramı ilə əlaqədardır. 

Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib. Növbəti Amnistiya aktının isə 15 min nəfərə yaxın şəxsi əhatə edəcəyi gözlənilir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib