Dərc edilib: 03-11-2021

http://www.nuh.az/30378-.html

Azərbaycan bu qırıcıları satın alır

03.11.2021 08:07:44

LIVE

Azərbaycan Pakistandan "JF-17 Thunder" qırıcılarının satın alınmasına maraq göstərib. 


Hit.az Pakistan KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında ölkənin bu qırıcılara marağını təsdiq edib.

Onun sözlərinə görə, Azərbaycan "JF-17 Block 3" modifikasiyalı qırıcını əldə etmək niyyətindədir.

Qeyd edək ki, "JF-17 Block 3" ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Bu model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib