Dərc edilib: 03-11-2021

https://www.nuh.az/30381-.html

“Bizi qarşıda İNQİLAB gözləyir” - Saakaşvili

03.11.2021 10:26:52

Dünya

“Gürcüstan seçki sonrası inqilab astanasındadır”.  


“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin feysbuk hesabında paylaşılan məktubda yazılıb.

“Oktyabrın 30-u Gürcüstanda seçki inqilabı oldu. İnsanlar seçki qutularında avtoritarizmə qalib gəldilər. İndi bizi qarşıda seçki inqilabının nəticələrini formalaşdıracaq post-seçki inqilabı gözləyir”, - deyə məktubda vurğulanıb.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turundan sonra Saakaşvili müxalifəti etiraz əlaməti olaraq parlamenti tərk etməyə çağırıb. “Vahid Milli Hərəkat” partiyası başda olmaqla müxalifət birliyi seçkilərin saxtalaşdırıldığını iddia edərək seçkilərin nəticələrini tanımaqdan imtina edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib