Dərc edilib: 05-11-2021

https://www.nuh.az/30403-.html

Bələdiyyə sədri Aytac Əliyeva və bacısı HƏBS EDİLDİ

05.11.2021 18:46:40

İdman

Binəqədi rayon bələdiyyəsinin sabiq sədri Aytac Əliyevanın həbsinin detalları məlum olub.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Aytac Əliyeva və bacısı İlknur Əliyeva Bakı Şəhər Baş Polis İdarəsində aparılan təhqiqat zamanı həbs edilib.

Onlar iki qızıl alverçisindən pul alıb qaytarmamaqda ittiham edilirlər. A.Əliyeva və bacısı İ.Əliyeva zərərçəkənlərin birindən 200 min, digərindən isə 189 min manat alıblar.

Aytac Əliyeva zərərçəkənlərdən birinə pulun müqabilində Binəqədi rayonunda torpaq sahəsi ayrılmasına dair saxta sənəd hazırlayaraq ona verib.

A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd) maddələri ilə təqsirləndirilir. Bacısı İlknur Əliyeva isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. Onlar hər ikisi bu gün məhkəmənin qərarı ilə həbs ediliblər.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev saytımıza məlumatı təsdiqləyib.

Həmçinin oxuyun: YAP-ın Gənclər təşkilatının sabiq sədr müavini həbs edildi

NUH informasiya agentliyi səhifəsindən çap edilib