Dərc edilib: 06-11-2021

https://www.nuh.az/30409-.html

AMEA-nın birinci vitse-prezidenti o oldu

06.11.2021 09:38:33

LIVE

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

“Qafqazinfo” xəbər verir ki, iclasda akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi dəstəklənib. Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katibi vəzifələrini yerinə yetirməsi qərara alınıb. Qeyd edək ki, 72 yaşlı A.Həşimov AMEA Fizika İnstitutunun "Yüksək gərginliklərin fizikası və texnikası" laboratoriyasının rəhbəridir. O, bu ilin yanvarınadək AMEA Fizika İnstitutunun baş direktoru olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib