Dərc edilib: 06-11-2021

https://www.nuh.az/30415-.html

Yad adam bu adada bir gündən artıq qala bilməz - Fotolar

06.11.2021 17:29:11

Hadisə

Mqinqo dünyada insanların ən sıx məskunlaşdığı adadır. 


“Qafqazinfo” xəbər verir ki, ada Afrikada Viktoriya gölündə yerləşir. Sahəsi təxminən 1,8 min kvadratmetrdir. Burada olan daxmalarda isə 100-dən çox insan yaşayır.

Ada sakinlərinin əsas məşğuliyyəti balıqçılıqdır. Buranın sakinləri yad adamları öz icmalarına buraxmırlar. Ada Keniya və Uqanda arasında mübahisəli ərazidir.

Mqinqoda ilk məskunlaşma 1991-ci ildə reallaşıb. İki keniyalı balıqçı Dalmas Tembo və Dorj Kibebe adaya keçən ilk şəxslərdir. 

 

 

Bundan sonra Keniya, Uqanda və Tanzaniyadan olan 60-a yaxın afrikalı iki cəsur balıqçıya qoşulub. Minqoda məskunlaşmaq motivi təkcə yaxşı balıq tutma ehtimalı deyil, həm də öz “dövlətini” yaratmaq idi.

Adada bir ailə həftədə 200-250 dollara qədər qazana bilər - bu, afrikalıların qonşu ölkələrdəki 2-3 aylıq orta qazancıdır.

Adanın Keniya və Uqanda arasında mübahisəli olması Mqinqo “dövlətinin” müstəqil qalmasına imkan verir - heç bir ölkə onu öz ərazilərinə daxil edə bilməz və buna görə də bu balıqçılara göz yumurlar.

 

Son iyirmi ildə hər iki ölkə Minqo üzərində 9 dəfə silahlı münaqişəyə girib. Əvvəlcə həm Keniyanın, həm də Uqandanın sahil mühafizəçiləri qayıqları sındırıblar. Balıqçılar onlardan 6 nəfəri güllələyib. Lakin sonra hər iki ölkə razılığa gəlib ki, kommuna hər ikisinə vergi ödəməlidir.

Nəticədə həm Keniya, həm də Uqandaya düşən vergi balıqçıların qazancının 25%-ni təşkil edir. Qazancın daha 10%-i kommunanın aparatının və özünümüdafiə qüvvələrinin saxlanmasına sərf olunur. 

Bu adada beş bar, gözəllik salonu, aptek, həmçinin bir neçə mehmanxana və dörd fahişəxana var. Minqo kommunasının qaydalarına görə, yad adam burada bir gündən artıq qala bilməz.

Kommunanı ömürlük iki "fəxri senator" Tembo və Kibebe, həmçinin daha beş seçilmiş senator (onlar yalnız 30 yaşdan yuxarı kişilər ola bilər) idarə edir. Yeddi senatorun qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib