Dərc edilib: 06-11-2021

https://www.nuh.az/30418-.html

Yeni Suraxanı Mədəniyyət evində Zəfər günü qeyd edildi

06.11.2021 21:30:17

Günün sitatı
Bu gün   Yeni Suraxanı qəsəbəsinin  8 mart adına Mədəniyyət evində  Zəfər gününə həsr olunan tədbir keçirilib.
 
NUH.az   xəbər verir ki,  tədbirdə  şəhdi ailələri, qazilər,  89 və 101 saylı orta məktəbin  şagirdləri, müəllimləri, kitabxana işçiləri, Suraxanı Ağsaqqallar Şurasını sədri Arif Babayev  və digər qonaqlar iştirak ediblər.
Tədbir  Dövlət himninin səsləndirliməsi ilə başlayıb.
İlk çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri  İlqar Rüstəmov  1-ci və 2-ci Qarabağ müharibəsində şəhidlərimizin və qazilərimizin  qəhrəmanlığından danışıb. 
Suraxanı Ağsaqqalar Şurasının sədri  Arif Babayev öz çıxışında  qeyd etdi ki, dünyanın ən güclü ordularının sırasında yer alan Azərbaycan Ordusu  Ermənistanın işğalına son qoyaraq düşməni diz çökdürdü. 
Çıxışlardan sonra  tədbirin bədii  hissəsi  başladı. Şagirdlər  şəhidlərə, qazilərə, vətənə həs olunmuş şeirlər söylədilər, qələbə  mahnıları  oxudular.
Sonda  tədbirin keçirilməsində fəal iştirak edənlərə  Mədəniyyət evinin direktoru  Vəfa  xanım   FƏXRİ  FƏRMANLAR  təqdim  etdi.   

NUH informasiya agentliyi səhifəsindən çap edilib