Dərc edilib: 06-11-2021

https://www.nuh.az/30420-.html

İcra başçısının xanımı şəhidlərin anım tədbirində qırmızı geyindi (FOTO)

06.11.2021 22:58:58

Müsahibə

Ağdam rayonu Bənövşələr qəsəbəsindəki 2 saylı orta məktəbdə noyabrın 5-də keçirilən şəhidlərin anım tədbirində şəhid ailələrini hiddətləndirən daha bir hadisə baş verib. 


AzToday.az-a daxil olan məlumata görə, anım tədbirində iştirak edən icra başçısının xanımı Sədaqət Həsənovanın qırmızı geyinməsi narazılığa səbəb olub.

Sədaqət Həsənova Ağdam rayonunun təhsil şöbəsində inspektor vəzifəsində çalışır.

Qeyd edək ki, Ağdamın icra başçısı Vaqif Həsənovun bu günlərdə yol verdiyi şəhid ayrıseçkiliyi rayon sakinlərini hiddətləndirmişdi.

Şəkillərdən gördüyünüz kimi, tədbirdə iştirak edən başqa xanımlar qara geyindiyi halda Sədaqət Həsənova qırmızı yubkadadır:

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib