Dərc edilib: 07-11-2021

https://www.nuh.az/30423-.html

Benzin daşıyan maşın toqquşdu - 108 nəfər HƏLAK oldu

07.11.2021 10:55:09

LIVE

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, ölənlərin sayı 108-ə çatıb, daha 92 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, partlayış noyabrın 5-i axşam saatlarında yanacaq daşıyan tankerin qranit plitələri daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tankerdə yanacaq çəni dolu olub.
 
14:27
 
Syerra-Leonedə yanacaq daşıyan tankerin yük maşını ilə toqquşması nəticəsində partlayış baş verib, 100-dən çox adam həlak olub.
Bu barədə paytaxt Fritaunun meri İvon Aki-Saviyer deyib.
"Bay Bureh yolunda yanacaq daşıyan yük maşınının başqa bir yük maşını ilə toqquşması nəticəsində baş verən partlayış xəbəri məni dərindən kədərləndirdi. 100-dən çox insanın öldüyü barədə məlumat yayılıb. Dəyən maddi ziyanın miqdarı naməlumdur”, - mer "Facebook" səhifəsində yazıb.
O, həlak olanların ailələrinə başsağlığı verib./AzVision.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib