Dərc edilib: 07-11-2021

https://www.nuh.az/30427-.html

Ermənilərin orda 4 MİLYARDLIQ silahı hardandır? - Yuşşenko

07.11.2021 12:26:02

LIVE

Qarabağda ermənilərin 4 milyard dollardan artıq silah və texnikası məhv edilib. Bakıda Hərbi Qənimətlər Parkında məhv edilən hərbi texnikaları görə bilərsiniz.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, Qarabağda ermənilərin özlərinin bu qədər vəsaiti yox idi:

"Orada olan silahlara baxın və görəcəksiniz ki, hər bir raket, güllə Rusiyada istehsal edilib. Bunlar hamısı Rusiyanın hərbi ixracıdır, Abxaziya və Ossetiyada da, bizdə də eyni vəziyyət hökm sürür. Bu suallara cavablar tapılmalıdır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib