Dərc edilib: 08-11-2021

https://www.nuh.az/30436-.html

Kəmaləddin Heydərov tanınmış yazıçının HALAL pulunu niyə vermir ?

08.11.2021 01:16:56

Hadisə

 

AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQALADƏ HALLAR
NAZİRİ CƏNAB KƏMALƏDDİN HEYDƏROVA
CƏNAB NAZİR!
2021-ci il avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri olmuş mərhum atanız Fəttah Heydərovun Fəxri Xiyabanda keçirilən il mərasimində məni yanınıza dəvət etdiniz və söhbət əsnasında Batamdar, 3-cü yaşayış massivndə yeganə mülküm və 15 sot torpağımın sizin yaxin adamlarınız tərəfdən xususi təzyiqlərlə məndən alınmasını və ödəniləcək məbləğin bir hissəsinin qaldığını vurğuladım. Bildirdim ki, 2017-ci ildə mərhum atanız Fəttah müəllim məsələdən xəbərdar olan kimi məni yanına çağırdı və söz verdi ki, qalan pul vəsaitinin əvəzində Elmlər Akademiyası metrosunun yanında yeni tikilisi başa çatmaqda olan binadan 3 otaqlı mənzil verib halallaşarıq. Əlbəttə, mən razı oldum. Çünki Fəttah müəllimə çox böyuk hörmətim var və bu gün də onun əziz və unudulmaz xatirəsini həmişə yad edirəm.
4 il ərzində hər dəfə bu məsələyə qayıdanda o, məni sakitləşdirirdi və Sizinlə görüşdürəcəyını və halallıq alacağımı söz verirdi. Təbii ki, binanın təhvil verilməsi ləngidiyindən və üstəlik Fəttah müəllimin tez-tez xəstələnməsi məsələnin bugünəcən uzanmasına səbəb oldu. Bu müddətdə Sizə dəfələrlə teleqramlar və telefon mesajları da göndərmişəm. Fəttah müəllimlə hər həftə telefon əlaqəsində olmuşam və hətta mesajlarım da sübut kimi telefonda qalır.
Avqust ayının 4-də Sizinlə qısa dialoqumuz ərzində məni çox səmimi dinlədiniz və məni təkidlə qəbulunuza dəvət elədiniz.
Mən 3 ay ərzində dəfələrlə Sizin qəbulunuza gəldim və saatlarla gözləməli oldum.Təəssüf ki, heç bir nəticə alınmadı. Ayrı-ayrı vaxtlarda 3 dəfə şəxsən Sizinlə telefonla danışdım. Vaxt təyin etdiniz və yenə də görüşümüz baş tutmadı.
Məsələnin həlli istiqamətində vaxt ayırıb məni qəbul etmənizi Sizdən xahiş edirəm.  NUH.az  
Hörmətlə,
ƏMİR PƏHLƏVAN
yazıçı-dramaturq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib