Dərc edilib: 08-11-2021

http://www.nuh.az/30437-.html

Mübariz İbrahimov anıldı - Fotolar

08.11.2021 08:55:24

Region

Bu gün Biləsuvar  rayonunda  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun anım günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Milli Qəhrəmanın rayonun Əliabad kəndində olan ata ocağını ziyarət edərək ailəsi ilə görüşüb.

Milli Qəhrəmanın Ev Muzeyi ziyarət olunub. Görüş  zamanı qonaqlar Mübariz İbrahimovun həyatından və göstərdiyi şücaətdən danışaraq qeyd edib ki, onun qəhrəmanlığı torpaqlarımızın azadlığı mübarizəsinə qalxan gənc nəsilə nümunə olub. 

Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Xatırladaq ki, gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitinə gözlənilməz həmlə edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Surxay Şahbazov

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib