Dərc edilib: 08-11-2021

http://www.nuh.az/30442-.html

Azadlıq Partiyasının Zəfər günü ilə bağlı AÇIQLAMASI

08.11.2021 12:39:18

Müsahibə

Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsi 8 noyabr Zəfər günü münasibətilə açıqlama verib.

 

Açıqlamada deyilir : “Azadlıq Partiyası Zəfər Günü münasibətilə Qəhrəman Şəhidlərimizin Ruhu qarşısısnda baş əyir!

Zəfərin şəhidlərimizin həyatı bahasına, qazilərimizin rəşadəti, şücayəti hesabına əldə olunduğunun heç vaxt unudulmayacağını, millətimizin onların borcundan heç vaxt çıxa biməyəcəyini qeyd edir! Mübariz İbrahimovun, Polad Həşimovun və digər minlərlə igid soydaşlarımızın qəhrəmanlıqlarının heç vaxt unudulmayacağını bildirir.

Azadlıq Partiyası 8 noyabr Zəfər Günü münasibətilə şəhid ailələrini, qaziləri, Azərbaycan Ordusunu, Ali Baş Komandan İlham Əliyevi, bu qələbənin əldə olunmasında əməyi keçən hər kəsi, bütün azərbaycan xalqını , milli birlik nümayiş etdirən bütün siyasi partiyaları, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanı, Pakistan Baş naziri İmran xanı , Azərbaycana dəstək verən bütün ölkələri, insanları təbrik edir, minnətdarlığını bildirir.

Azadlıq Partiyası 44 günlük müharibədə qələbənin əldə olunmasında qardaş Türkiyənin dəstəyini xüsusi qiymətləndirir. Azadlıq Partiyası Azərbaycan əsgərinin canı, qanı bahasına əldə olan hərbi qələbənin millətimiz və dövlətimiz üçün zəruri nəticələrə çevrilənə qədər – bütün Azərbaycan ərazisindən erməni və rus hərbiçiləri çıxarılana, qaçqın soydaşlarımız öz yurdlarına dönənə kimi , Zəngəzur dəhlizi açılana qədər, Bütün Azərbaycan ərazisində suverenliyimiz bərpa olunana qədər bu məsələlərdə hakimiyyəti dəstəklədiyini bir daha bəyan edir.

Azadlıq Partiyası şəhid ailələrinin, qazilərin sağlamlıq və maddi problemlərinin həlli üçün hakimiyyətin daha duyarlı fəaliyyətlərinə ehtiyac olduğunu bildirir.”

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib