Dərc edilib: 09-11-2021

https://www.nuh.az/30452-.html

Moskvada bazar sahibi erməni bayrağımızı ayaqlar altına sərdi VİDEO

09.11.2021 11:03:31

Kriminal

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rumyantsev Ticarət Mərkəzində Azərbaycan bayrağı təhqir edilir. 

Qaynarinfo-ya daxil olan olan məlumata görə, ticarət mərkəzinin döşəmə və pilləkənlərinə Azərbaycan bayrağı həkk olunub. 
Ticarət Mərkəzində çalışan soydaşlarımız bildirir ki, bu addım məqsədli şəkildə atılıb. "Ticarət Mərkəzinin sahiblərindən biri Sirunyan Aşot Alfredoviçdir. O milliyyətcə ermənidir. Ad və soyadı da dediklərimizi təsdiq edir. Azərbaycan bayrağı da onun təşəbbüsü ilə döşəmədə əks olunub”, - deyə soydaşlarımız bildirib.
Aşot Sirunyanın bu əməli soydaşlarımız tərəfindən narazılıqla qarşılanıb. 
"Biz artıq Rusiyanın müvafiq strukturlarına müraciət etmişik. Tələb etmişik ki, bu rəzalətə son qoyulsun. Ticarət Mərkəzinin rəhbərliyinə də sözümüzü demişik”, - deyə soydaşlarımız vurğulayıb.
Soydaşlarımız olayla bağlı redaksiyamıza foto və video qeydlər göndərib. Həmin foto və videonu təqdim edirik.

NUH informasiya agentliyi səhifəsindən çap edilib