Dərc edilib: 09-11-2021

https://www.nuh.az/30453-.html

Lənkəran Dünyanın MƏTBƏX Paytaxtı oldu -Təbriklər

09.11.2021 12:37:39

Region

"Lənkəran Dünyanın Mətbəx Mədəniyyəti Paytaxtı oldu".

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov bildirib.
 
Onun sözlərinə görə, 4 il Dünya Mətbəxt Paytaxtı Azərbaycanda, Lənkəranda fəailiyyət göstərəcək:
"Məlumat artıq UNESKO-nun saytındadır, zəhməti keçən hər bir kəsi, Heydər Əliyev Fondunu, Azərbaycanın Birinci Vitse prezidentini, Milli Məclisin Mədəniyyət Komitəsini, Mədəniyyət Nazirliyini, Lənkəran İcra Hakimiyyətini, bu işdə əməyi olan bütün kulinarlarımızı ürəkdən təbrik edirəm. Yenə qazandıq! UNESKO-ya və BMT-yə məktub müraciət Azərbaycan Milli Kulinariya Assosiyasından edilmişdi. Uzun illərdi ki, səssiz-küysüz brendlər yaradır, bu yolu gedirdik".
Tahir Əmiraslanov əlavə edib ki, Lənkəranda keçirdiyimiz tədbirlər də bu yola xidmət edirdi:
"UNESKO-ya və BMT-yə ikinci məktub müraciəti göndərməyi bizə müxalif, lakin naxələf olmayan Azərbaycan Aşpazlar Gildiyasına imzalatdıq, bu gənc təşkilatı da beynəlxalq proseslərə qoşduq. Təbriklər".

NUH informasiya agentliyi səhifəsindən çap edilib