Dərc edilib: 09-11-2021

https://www.nuh.az/30454-.html

Ölkəmizdəki bu şirkətlər xalqımızın Zəfər Gününü NİYƏ təbrik ETMƏDİ

09.11.2021 12:54:53

İdman

Azərbaycanda fəaliyyət göstərən yerli və transmilli şirkətlər Noyabrın 8-də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin ildönümü ilə bağlı təbriklər paylaşıb, xüsusi sosial aksiyalar keçiriblər. 


Bizimxeber.az bildirir ki, bəzi transmilli şirkətlər isə nədənsə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yekunu olan Zəfər Günüylə bağlı nə sosial aksiya keçirib, nə də ki sosial şəbəkə səhifələrində hansısa təbrik paylaşıblar.

Bura "McDonald’s”, "KingBurger”, KFC Azerbaijan və digər şirkətlər daxildir.  Maraqlıdır ki, ölkəmizdə ekzotik, mübahisəli və lazımsız bayram sayılan "Hellouin" bayramını KFC Azerbaijan "Xoşbəxtlik bayramı” kimi Azərbaycan izləyicilərinə, müştərilərinə çatdırdığı halda Azərbaycanın Zəfər Günü bayramını izləyicilərinə çatdırmaq istəmir.

Qeyd edək ki, Azərbaycanda fast-food (ayaqüstü yemək) şəbəkəsini quran "McDonald’s”, "KingBurger” və "Papa John’s” şirkətləri ötən il 44 günlük Qarabağ savaşında "dəstək” məqsədi ilə yaydıqları postları sosial şəbəkələrdən sildikləri üçün Azərbaycanda geniş kütlə tərəfindən etirazla qarşılanmışdı. Hətta sosial şəbəkələrdə "boykot” həştəqləri ilə bu şirkətlərə məxsus məhsulları almaqdan imtina çağırışıları olmuşdu. 

Ötən il baş verənlərdən nəticə çıxaran "Papa John’s” bu il 8 Noyabr Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik etməyi bacarsa da, "McDonald’s”, "KingBurger” şirkətləri sosial şəbəkə hesablarında bununla bağlı bircə kontent də görünmədi. /Qaynar/

 

Bununla belə, özünü daim Azərbaycanın bir nömrəli sosial tərəfdaşı kimi aparan, tərkibində Ceyranbatan suyu və kofein olan içkilərin hesabına ölkəmizdə ayda milyonlarla vəsait qazanan "Coca Cola” və "Pepsi” şirkətləri də nədənsə Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik etməyi "unudub”. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib