Dərc edilib: 09-11-2021

https://www.nuh.az/30459-.html

Hərbi qulluqçumuz Türkiyədə vəfat edib

09.11.2021 16:00:27

LIVE

Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçumuz kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.

 

  Bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib. Ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib