Dərc edilib: 09-11-2021

https://www.nuh.az/30465-.html

Ermənilər Kəlbəcərdə texnikalarımız atəşə tutuldu

09.11.2021 22:31:48

LIVE

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib