Dərc edilib: 09-11-2021

https://www.nuh.az/30469-.html

Dünyanın SONUNDA bu BEŞ ÖLKƏ salamat qalacaq - SİYAHI

09.11.2021 23:53:29

LIVE

Alimlər dünyanın sonu ilə bağlı araşdırmalarını davam etdirirlər. Ən son araşdırmalara görə dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq.
 
Moderator.az xəbər verir ki, bu ölkələr Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliyadır. Bundan əlavə Avstraliyanın Tasmaniya əyaləti də təhlükəsiz yerlərdən biri sayılır. Alimlər bu araşdırmaları edərkən bildiriblər ki, istəsələr, başqa ölkələr də bu siyahıya daxil ola bilərlər.
 
 
Yeni Zelandiya geotermal və hidroelektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığına görə bu siyahıda birinci yerdədir.
 
Tədqiqatçıların fikrincə, mürəkkəb şəbəkələrdə bir-birinə bağlı olan enerjiyə əsaslanan qlobal iqtisadiyyatın vurduğu ekoloji ziyan səbəbindən bəşər sivilizasiyası təhlükəli vəziyyətdədir. Ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhvi qlobal çöküşlə nəticələnə bilər.
 
Hansı ölkələrin belə bir çöküşə daha dözümlü olacağını qiymətləndirmək üçün ölkələr öz əhalisi üçün qida yetişdirmək, sərhədlərini arzuolunmaz kütləvi miqrasiyadan qorumaq, elektrik şəbəkələri və bəzi istehsal imkanları əsasında sıralanıb. Birinci yeri mülayim bölgələrdəki və əsasən əhalinin sıxlığı az olan adalar tutub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib