Dərc edilib: 10-11-2021

https://www.nuh.az/30476-.html

Yəhudiləri “vuran” sovet filmi Rusiyada ekstremist elan edildi

10.11.2021 09:16:07

LIVE

1973-cü ildə çəkilmiş "Gizli və aydın. Sionistlərin məqsəd və əməlləri” filmi ekstremist kimi tanınıb. 

Qaynarinfo xəbər verir ki, bu haqda məlumat Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin saytında verilib. Qeyd olunur ki, ekspertlər orada "milli və ideoloji zəmində” nifrətin qızışdırılması əlamətləri aşkar ediblər. Bu qərarı Sıktıvkar şəhər məhkəməsi verib.
Film Moskvada Mərkəzi Sənədli Filmlər Kinostudiyasında çəkilib və heç vaxt ekranlara çıxmayıb. Filmdə həm sionistlərin, həm də ümumilikdə yəhudilərin mənfi qiymətləndirildiyi vurğulanır.
Filmdə onlar ərəblərə, çexlərə, slovaklara qarşı düşmənçilik hərəkətlərinə, habelə II Dünya Müharibəsindən əvvəl Almaniyaya maddi yardıma görə günahlandırılaraq məsuliyyət daşıdıqları bildirlir. Ümumiyyətlə, film psevdosənədli kimi qiymətləndirilir.
Daha əvvəl bildirilmişdi ki, Roskomnadzor video vasitəsilə internetdə ekstremizmin axtarışı sistemi sifariş etmək niyyətindədir. Söhbət Oculus süni intellekt sistemindən gedir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib