Dərc edilib: 10-11-2021

https://www.nuh.az/30481-.html

Bakıda sabiq polis avtomobillə əsgəri vurub ÖLDÜRDÜ

10.11.2021 14:29:27

Günün sitatı

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
 Hadisə zamanı sabiq polis serjantı Vaqif Novruzov avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub. 
 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, hadisə noyabrın 6-da Sabunçu rayonu ərazisində baş verib:
“Sabiq polis serjantı Vaqif Novruzov idarə etdiyi “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. O, dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq orada vəfat edib”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib