Dərc edilib: 10-11-2021

https://www.nuh.az/30483-.html

Tovuzda ana ilə 5 yaşlı oğlu itkin düşüb

10.11.2021 17:15:42

LIVE

Tovuzda  itkin düşən şəxslər axtarılır.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı, 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabrın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşən qadının əlamətləri belədir: Boyu 155 sm, saçları sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94  şəhər və (070) 213-64-00  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib