Dərc edilib: 11-11-2021

https://www.nuh.az/30496-.html

Şəmkirdə polis xidməti silahla özünü vurdu

11.11.2021 11:29:09

LIVE

Şəmkir rayonunda polis əməkdaşı xidməti silahla ehtiyatsız davrandığı üçün özünü vurub.


“Qafqazinfo” xəbər verir ki, Şəmkir RPŞ-nin mühafizə polisinin əməkdaşı, serjant Süleyman Əliyev xidməti silahını idarədən götürüb təhkim olunduğu yerə gedərkən silahdan atəş açılıb.

Belə ki, qaydalara görə xidməti silah bel nahiyəyə taxılmalıdır. Bu da serjant Əliyevin hər dəfə avtomobilə minib-düşməyinə maneə olduğu üçün silahı belindən çıxararaq xidməti formanın cibinə qoyub. Bundan sonra silahdan açılan atəşlə sol döş qəfəsindən güllə yarası alıb.

Hazırda xəstəxanaya yerləşdirilən polisin vəziyyəti orta-ağırdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib