Dərc edilib: 11-11-2021

https://www.nuh.az/30497-.html

İrəvanda atışma: Deputat və məşhur kriminal avtoritet öldürüldü..

11.11.2021 12:29:22

LIVE

Ermənistanın paytaxtı İrəvanda baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Qaynarinfo xəbər verir ki, hadisə noyabrın 11-də saat 04 radələrində baş verib. İrəvanın Kanakera küçəsində polis əməkdaşları və müstəntiqlər iki kişi meyiti aşkarlayıblar. Sonradan məlum olub ki, həmin ərazidən 2 yaralı da hospitala aparılarkən yolda ölüb. Hadisə yerindən bir neçə silah, güllə, bıçaq aşkarlanıb.
Atışma nəticəsində kriminal avtoritet Artur Kazaryanla yanaşı, 2003-2007-ci illərdə Serj Sarqsyanın Respublikaçılar Partiyasından deputat olmuş "Kanakersi Artüş” ləqəbli Artuş Simonyan da ölüb. 
Qəzetin yazdığına görə, atış açanlardan biri keçmiş deputatın Noro, Vlad, Ovannes və Akop adlı 4 oğlundan biri olub.
Məlumata görə, atışmada iştirakçılarından biri yaralı halda hospitala yerləşdirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib