Dərc edilib: 11-11-2021

https://www.nuh.az/30500-.html

Xankəndidə rus sülhməramlılara heykəl qoyuldu - Fotolar

11.11.2021 16:11:59

Günün sitatı

Qarabağda rus sülhməramlıların hərbi şəhərciyinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” yaradılıb və burada rus sülhməramlıları əks etdirən heykəl qoyulub. 


“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, xiyabanın açılışı Xankəndidə noyabrın 10-u baş tutub.

Açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak edib. 

Bildirilir ki, xiyabanın açılışı Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin birinci ildönümünə həsr olunub.

Xiyabanda, həmçinin Rusiyanın 10 dahi şəxsinin büstləri qoyulub. Bunlar Alekandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasiliy Şukşin və Mixail Şoloxovun büstləridir.

Layihənin müəllifi isə heykəltəraş Mixail Serdyukovdur.

 

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib