Dərc edilib: 13-11-2021

https://www.nuh.az/30513-.html

Pakistanda 300, Banqladeşdә isə 500 MİN insan həlak olub

13.11.2021 09:59:45

LIVE

Pakistanda 300, Banqladeşdә isə 500 min insan həlak olub - Tarixdə bu gün

Tarixin bu günü harada, nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

Hit.az-ın "Tarixdə bu gün" rubrikası tarixdə 13 noyabrda baş verən hadisələri təqdim edir:

1002 - Sən-Bris qətliamı. İngilis kralı Etelred ölkədə yaşayan bütün danimarkalıların qırılması barədə göstəriş verib.

1805 - Napoleon ordusu Vyanaya daxil olub.

1918 - SSRİ Brest-Litovsk sülh müqaviləsini imzalayıb.

1920 - Cenevrədə 45 ölkədən 5000 nümayəndənin iştirakı ilə Millətlər Cəmiyyətinin təsis toplantısı açılıb.

1966 - İsrail әsgәrlәri İordaniyanın Samu kәndinә hücum etdi. Hücum zamanı yüzlәrlә mülki vәtәndaş hәlak oldu.

1970 - Pakistanda siklon fırtınası 300.000 insanın həyatına son qoyub. Bu faciə XX əsrin ən böyük təbii fəlakətlərdən biri hesab edilir.

1970 - Hafiz Əsəd Suriyada dövlət çevrilişi edib.

1970 - Banqladeşdә tüğyan edәn, sürәti saatda 240 km olan ‘‘Bhola’’ fırtınası nәticәsindә 500 min nәfәr hәlak olub. Qasırğa  XX әsrin әn böyük tәbii fәlakәti olaraq qәbul edilir.

1976 - BMT TŞ bütün xarici qoşunların Kiprdən çıxarılmasını tələb edən qətnamə qəbul edib.

1980 - Amerikanın "Voyacer" kosmik aparatı Saturn planetinin geniş miqyasda ilk fotoşəkillərini çəkərək Yerə göndərib.

1985 - Kolumbiyada Nevado vulkanı kül püskürmәyә başlayıb. Tәbii fәlakәt nәticәsindә 25 min mülki vәtәndaş hәlak oldu.               

1994 - İsveç referendum yolu ilə Avropa Birliyinə qəbul edilib.

2001 - ”Şimal Alyansı” qoşunları Kabili və Cəlalabadı "Taliban" qüvvələrindən təmizləyib.

2002 - İspaniya sularında 77.000 ton neft daşıyan tankerin qəzaya uğraması ekoloji fəlakətə səbəb olub.

2008 - Bakıda enerji Sammiti keçirilib.

2015-ci ilin 13 noyabr tarixindә Parisdə konsert salonu, stadion, restoran və barlarda silsilə terror aktları törədilib. 138  nəfərin ölümü və 413  nəfərin yaralanması ilə nəticələnmiş terror hücumlarının məsuliyyətini "Әl Qaidә" terror qruplaşması üzərinə götürüb.

Lalə Mənəfova/Hit.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib