Dərc edilib: 13-11-2021

https://www.nuh.az/30514-.html

Ərdoğan Azərbaycandakı Türkiyə hərbçiləri ilə bağlı sənədi imzaladı

13.11.2021 10:25:30

LIVE

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb.

Qaynarinfo "Resmi Gazete”yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qanun layihəsini təsdiq edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub. Keçirilən səsvermədən sonra layihə qəbul edilib.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib