Dərc edilib: 14-11-2021

https://www.nuh.az/30525-.html

Makronun iqamətgahında baş verən zorlanmaya görə...RƏZALƏTİ

14.11.2021 11:02:52

LIVE

Fransada prokurorluq prezident Emmanuel Makronun rəsmi iqamətgahı olan Yelisey sarayında qadın əsgərin zorlanması iddiasıyla bağlı araşdırmaya başlayıb.
 
Moderator.az xəbər verir ki, iyul ayında Yelisey sarayında keçirilən tədbirdən sonra qadın hərbçi təcavüzə məruz qaldığını bildirib. Qadının ittiham etdiyi şəxs isə onunla birlikdə işləyən hərbçilərdən biridir. Təqsirləndirilən əsgərin isə izahatı alınıb, lakin hələlik rəsmi ittiham yoxdur.
 
Bu haqda xəbəri isə “Liberation” qəzeti yazıb. Qəzet hər iki hərbçinin sarayda mühafizəçi işlədiklərini və bir-birilərini tanıdıqlarını bildirib. Həmin tədbirdə prezident Emmanuel Makronun da iştirak etdiyi bildirilir. Hadisəni isə mümkün qədər mətbuatdan gizlətməyə çalışsalar da bu mümkün olmayıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib