Dərc edilib: 14-11-2021

https://www.nuh.az/30527-.html

Bakıda ev tikintisi zamanı UÇQUN - Fəhlə betonun altında qaldı

14.11.2021 11:42:28

LIVE

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi evin tikintisi zamanı pilləkəninin uçması nəticəsində uçqun altında qalan 1 nəfərin xilas olunması üçün müraciət daxil olub.


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikintidə fəhlə işləyən 1987-ci il təvəllüdlü İsmiyev Emin Rövşən oğlunun bədəninin bir hissəsi uçqun nəticəsində beton konstruksiyanın altında qalıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib