Dərc edilib: 14-11-2021

https://www.nuh.az/30528-.html

Həsənquliyev: "Polislərin maaşı ən azı 2 dəfə artırılmalıdır"

14.11.2021 12:09:58

Maqazin

Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev polislərlə bağlı təklif verib.
Deputat qeyd edib ki, polislərin maaşı aşağıdır.
"Mən təklif edirəm ki, heç olmasa polis serjantlarının və kiçik zabit heyətinin maaşları iki dəfə artırılsın”, - deyə Q.Həsənquliyev əlavə edib.
Q.Həsənquliyev məhkəmələrin aparatlarında işləyən əməkdaşların maaşının da iki dəfə artırılmasının vacibliyini deyib.
Deputat  Azərbaycanın yeni "Amfibiya” təyyarələri alması təklifini də səsləndirib.(oxu.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib